Müraciət et

Saç kəsimini sadəcə öyrənməyin.
Onun məntiqini anlayın.

Kişi və qadın saç kəsimi üzrə peşəkar tədris proqramları.
Nəzəriyyədən praktikaya sistemli və metodik yanaşma.

Tədris proqramlarına bax

PROFESSIONAL HAIR EDUCATION

Peşəkarlıq yalnız texnika deyil.
Düzgün düşüncə sistemidir.

Akademiyamız tələbələrə saç kəsiminin strukturu, həndəsəsi, anatomiyası və məntiqini öyrədir. Hazır texnikaları mexaniki təkrarlamaq əvəzinə, fərqli formaları və situasiyaları analiz edərək peşəkar qərarlar verməyi mənimsəyəcəksiniz.

Tədris yanaşması

01

Nəzəriyyə

Saç kəsiminin əsas prinsiplərini və formalaşma məntiqini anlama.

02

Analiz

Baş anatomiyası, morfologiya, saç strukturu və formanın təhlili.

03

Demonstrasiya

Texnikaların peşəkar şəkildə izahı və tətbiqinin göstərilməsi.

04

Praktika

Öyrənilən biliklərin model üzərində tətbiqi.

05

Düzəliş və inkişaf

Səhvlərin analizi, texnikanın dəqiqləşdirilməsi və peşəkar inkişaf.

Tədris proqramları

Başlanğıc səviyyədən peşəkar inkişafa qədər fərqli bilik və təcrübə səviyyələri üçün sistemli tədris proqramları.

KİŞİ SAÇ KƏSİMİ

Başlanğıc səviyyə

60 gün 549 AZN / ay

Sıfırdan başlayanlar üçün nəzərdə tutulmuş tam tədris proqramı. Nəzəri və praktiki hazırlıq mərhələlərini əhatə edir.

  • Baş anatomiyası
  • Başın əsas siluetləri
  • Kontur xəttinin qurulması
  • Guideline və Cutline
  • Forma və keçidlərin qurulması
  • Saç kəsimində bucaq və istiqamətlər
  • Alətlərlə düzgün işləmə
  • Praktiki məşğələlər
  • Model üzərində tətbiq
Proqram haqqında

Peşəkar inkişaf proqramı

14 gün 399 AZN Birdəfəlik ödəniş

Artıq baza biliyi və praktiki təcrübəsi olan bərbərlər üçün nəzərdə tutulmuş intensiv inkişaf proqramı.

  • Mövcud texnikanın təhlili
  • Baş anatomiyasına uyğun forma qurulması
  • Keçidlərin dəqiqləşdirilməsi
  • Guideline və Cutline ilə peşəkar işləmə
  • Kontur və forma üzərində nəzarət
  • Fərqli baş formalarına uyğun yanaşma
  • Praktiki səhvlərin analizi
  • Texniki dəqiqliyin və iş keyfiyyətinin artırılması
Proqram haqqında

QADIN SAÇ KƏSİMİ

Başlanğıc səviyyə

40 gün 499 AZN

Qadın saç kəsimini sıfırdan sistemli şəkildə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuş nəzəri və praktiki proqram.

  • Baş anatomiyası və morfologiya
  • Dairə, kvadrat və üçbucaq formaları
  • Guideline & Cutline
  • Section qaydaları
  • Səthi və mühit dərəcə
  • Barmaq və çəkiş bucağı
  • Forma və siluetin qurulması
  • Saç strukturuna uyğun texnika seçimi
  • Praktiki məşğələlər və model üzərində tətbiq
Proqram haqqında

Peşəkar inkişaf proqramı

7 gün 349 AZN Birdəfəlik ödəniş

Qadın saç kəsimi üzrə baza biliklərinə sahib olan və texnikasını daha da inkişaf etdirmək istəyən mütəxəssislər üçün intensiv proqram.

  • Baş formasının və morfologiyanın peşəkar analizi
  • Forma və siluetin düzgün seçilməsi
  • Dairə, kvadrat və üçbucaq formalarının praktiki tətbiqi
  • Section və Guideline üzərində dəqiq işləmə
  • Səthi və mühit dərəcələrin düzgün qurulması
  • Barmaq və çəkiş bucaqlarının dəqiq tətbiqi
  • Saç strukturuna uyğun texnika seçimi
  • Mövcud işlərin təhlili
  • Səhvlərin aşkarlanması və düzəldilməsi
  • Texniki dəqiqlik və iş keyfiyyətinin artırılması
Proqram haqqında

Bu proqramlar kimlər üçündür?

Sıfırdan başlayanlar

Saç kəsimi sahəsinə yeni başlayan və peşəkar baza yaratmaq istəyənlər.

Təcrübəli bərbərlər

Mövcud texnikasını sistemləşdirmək və iş keyfiyyətini artırmaq istəyənlər.

Peşəkar inkişaf axtaranlar

Forma, anatomiya, texnika və dəqiqlik üzərində daha dərindən işləmək istəyən mütəxəssislər.

"Texnikanı deyil, düşüncə sistemini öyrən."

Növbəti mərhələyə hazırsınız?

Sizə uyğun tədris proqramını seçin və peşəkar inkişafınıza başlayın.

Müraciət et